×

Xəbərlər

Xəbərlər 28 Oct 2022
İNNAB Karyera Mərkəzinin mütəxəssisləri ADNSU tələbələri ilə öz təcrübələrini bölüşüblər

Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən master-klass keçirilib.

ADNSU-nun Karyera və Təcrübə Mərkəzinin meneceri Aytac Məlikovanın təşkilatçılığı ilə keçirilən görüşdə İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova, layihə rəhbəri Xəyal Səmədxan ayrı-ayrı mövzularda - müasir proqramlar, karyera qurmaq üçün bilməli olduğumuz vacib məqamlar, CV hazırlanmasi qaydası və müasir dövrün tələblərinə uyğun digər istiqamətlərdə çıxışlar ediblər.

Maraqla keçirilən və sual-cavabla bitən master-klassda ən aktiv iki tələbə Excel proqramı üzrə 50 faiz endirimlə kurs qazanıb.


Paylaş