×

Xəbərlər

Xəbərlər 04 Nov 2022
ADNSU-nun əsas tərəfdaşlığı ilə keçirilən beynəlxalq elmi konfrans işini davam etdirir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Neft verimliliyinin artırılması üçün termiki üsullar: Laboratoriya sınaqları, simulyasiya və neft yataqlarında tətbiqlər” mövzusunda beynəlxalq elmi konfrans plenar sessiyalarla davam edir.

Konfransın birinci plenar sessiyasında Kazan Federal Universitetinin prorektoru, professor Denis Nurgaliyev və ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşovanın sədrliyi ilə ABŞ-ın Hyuston Universitetinin professoru Birol Dindoruk “Karbohidrogen sənayesində diffuzivliyin rolu”, İranın Şərif Texnologiya Universitetindən Dr. Mohammad Bazargan “Geofiziki və geomexaniki məlumatlardan istifadə edərək yanma prosesinin izlənməsi” mövzularında elmi mühazirələrlə çıxış ediblər. Konfrans müxtəlif mövzular üzrə plenar sessiyalarla davam edib.   

Sonra konfrans çərçivəsində qonaqlar ADNSU-nun Azərbaycan-Türkiyə Dostluq Mərkəzində olub, universiteti gəzib, buradakı şəraitlə tanış olublar.

 Konfransın 2-ci günündə elmi mühazirələrlə yanaşı, iştirakçılar üçün şəhərin bir sıra görməli yerlərinə ekskursiyalar da təşkil olunub. Belə ki, qonaqlar Heydər Əliyev Mərkəzində olub, ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Konfrans çərçivəsində həmçinin bir sıra mühüm görüşlər keçirilib, elmi müzakirələr aparılıb. 

Qeyd edək ki, beynəlxalq elmi konfrans noyabrın 5-də yekunlaşacaq.


Paylaş