×

Xəbərlər

Xəbərlər 06 Nov 2022
ADNSU ilə İstanbul Gedik Üniversiteti arasında anlaşma Memorandumu imzalanıb

Noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycanın İqtisadiyyat və Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forumda iki qardaş ölkənin hökumət nümayəndələri, qida, tikinti, nəqliyyat, logistika, sənaye, İKT, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Forum çərçivəsində həmçinin iki qardaş ölkənin ali təhsil müəsissələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı da müzakirələr aparılıb, yeni müqavilə imzalanıb. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) Türkiyənin İstanbul Gedik Üniversiteti arasında anlaşma Memorandumu imzalanıb.

Müqavilənin əsas məqsədi elm və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək və iki ali təhsil müəssisəsinin birlikdə layihələr icra etməsini reallaşdırmaqdır. Sənədə əsasən, tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramlarının icrası və təhsillə bağlı bir çox layihələrin həyata keçirilməsi ilə yanaşı, müştərək elmi işlərin də icrası nəzərdə tutulub.  

Sənədləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı və İstanbul Gedik Üniversitetinin rektoru, professor Ahmet Kesik imzalayıblar.


Paylaş