Noyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AzİİEduLab Təhsil Mərkəzi layihəsi ilə bağlı görüş keçirilib.
Tədbirdə ADNSU-nun İnformasiya texnologiyaları və innovasiyalar üzrə rektor müşaviri Rasim Abdullayev layihə haqqında məlumat verərək gələcək perspektivlərdən və bu istiqamətdə görüləcək işlərdən danışıb.
Layihə rəhbəri Aytac İsmayılova isə layihə haqqında təqdimatla çıxış edib. Tədbirdə iştirakçılara yeni ərsəyə gələn layihə haqqında ətraflı məlumat verildikdən sonra bu barədə tələbələrin sualları cavablandırılıb.