×

Xəbərlər

Xəbərlər 17 Nov 2022
Azİİ e-Kitab Evində “17 noyabr Milli Dirçəliş Günü”nə həsr olunmuş kitab sərgisi keçirilib

Noyabrın 17-də Azİİ e-Kitab Evində xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan “17 noyabr- Milli Dirçəliş Günü” adlı geniş kitab sərgisi açılıb. Sərgidə Azərbaycan xalqının müstəqilliyinin bərpa olunmasına, milli istiqlal mübarizəsinə, dövlətçilik tariximizə həsr olunmuş Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunub.

Qeyd edək ki, 17 noyabr 1990-cı il “Milli Dirçəliş Günü” Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub və Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub və bununlada Azərbaycan dövlətinin SSRİ-nin tərkibindən çıxaraq müstəqlliyini bərpa etməsinin əsası qoyulub.


Paylaş