×

Xəbərlər

Xəbərlər 18 Nov 2022
ADNSU-da “bp Tələbə və Məzunların İşə Qəbul Proqramı 2023” çərçivəsində təqdimat keçirilib

Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə bp Azərbaycan şirkəti tərəfindən “Tələbə və Məzunların İşə Qəbul proqramı 2023” çərçivəsində təqdimat keçirilib.

Tədbirdə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Erkən karyera üzrə baş məsləhətçisi Xədicə İsmayılova və erkən karyera üzrə məsləhətçisi Mehriban Şıxzamanova tələbə və məzunlar üçün olan iş və təcrübə imkanları və müraciət qaydaları ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Logistika Aviasiya Əməliyyatları rəhbəri Anar İskəndərov və digər əməkdaşları isə fəaliyyət göstərdikləri sahələr üzrə iş prinsipi, hədəf və məqsədlər barədə danışıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

 


Paylaş