Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edən ADNSU tələbəsi Fərid Şixiyevin kapitan olduğu “Platon tech” komandası qaliblər sırasında yer alıb.
Komandanın tərkibi digər tələbələr - AzTU-nun tələbələri Rüfət Şixiyev və Qabil Hüseynlidən ibarət olub. Ölkəmizin adını təmsil edən “Platon tech” komandası “Future innovators: Senior” kateqoriyasında 3-cü yeri tutub.
Olimpiadada ölkəmiz 3 komanda ilə - “Robomission Elementary”, “Robomission Junior” ve “Future Innovators Senior” kateqoriyalarında təmsil olunub. Gənclərimizin 76 ölkə və 2000-dən çox iştirakçı arasında ilk dəfə olaraq dünya üçüncüsü olması böyük uğurdur.
Qeyd edək ki, ADNSU-nun İTF-in tələbəsi olan Fərid Şıxıyevin kapitanı olduğu komanda 2022 ci il Teknofest Azərbaycan yarışmasında da birinci yerə layiq görülmüşdü. “Texnofest”də “Aqro Tech B kateqoriyasında” Blizzard Ts komandasının üzvlərinin - Şixiyev Fərid, Səmədov Murad, Qurbanlı Çingiz, Səlimzadə Aqşin birlikdə təqdim etdikləri layihə ilə fərqlənməyi bacarmışlar.