Noyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən “Təcrübə danışır” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə agentliyin nümayəndələri və digər universitetlərin Karyera mərkəzlərinin əməkdaşları iştirak ediblər.
UFAZ-ın Frankofon Karyera mərkəzinin rəhbəri Lətifə Nəsibova iştirakçılara UFAZ haqqında məlumat verib, Karyera mərkəzinin yaradılması prosesi, mövcud çətinliklər, həll yolları, əldə olunan uğurlar və hazırki fəaliyyətindən danışıb.
Görüşdə çıxış edən DMA-nın Mərkəzi karyera filialının şöbə müdiri Lalə Rəsulova mərkəzin fəaliyyətindən danışaraq mövcud layihələr haqqında geniş təqdimatla çıxış edib. O, Tələbə inkişaf platforması, İş klubu layihəsi, Karyera Mərkəzləri Şurası haqqında ətraflı məlumat verib, həmçinin yeni yaradılan "Ayın Mərkəzi" layihəsini təqdim edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və “Ayın Mərkəzi” layihəsi çərçivəsində növbəti keçiriləcək təhsil müəssisəsi müəyyən olunub.