×

Xəbərlər

Xəbərlər 01 Dec 2022
ADNSU tələbələrinə “Məhsulun bumeranq effekti” mövzusunda master-klass keçirilib

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "PAŞA Bank ASC" KOS bankçılıq departamentinin Rəqəmsal Qeyri-Kredit Məhsullar üzrə Məhsul sahibi Təhminə Misirli tərəfindən tələbələrə master-klass keçirilib.

Mütəxəssis əmək bazarında marketinq, daha çox uğur qazanan layihələr və onların sirri, marketinqin düzgün təşkili və əldə olunan nəticə haqqında slaydlarla təqdimat edib. “Məhsulun bumeranq effekti” adlı master-klass tələbələr tərəfindən maraqla izlənilib, diskussiyalarla davam edib.

Sonda təqdimat mövzusu haqqında suallara ən çox düz verən tələbə hədiyyə ilə mükafatlandırılıb.


Paylaş