×

Xəbərlər

Xəbərlər 01 Dec 2022
ADNSU-da standartlaşdırma və sertifikatlaşdırma mövzusunda təlim keçirilib

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Cihaz mühəndisliyi” kafedrasında təlim keçirilib. 

Təlimdə "Cihaz mühəndisliyi" kafedrasının müdiri, dosent Lalə Bəkirova, həmçinin tələbə və müəllim heyəti iştirak ediblər. Təlim çərçivəsində Azstand-ın fəaliyyəti, ölkənin milli standartlaşdırma sistemi, sertifikatlaşdırma fəaliyyəti, idarəetmə standartları, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verilib.

Qeyd edək ki, təlim Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında bağlanmış əməkdaşlıq memorandomu çərçivəsində baş tutub.

 


Paylaş