×

Xəbərlər

Xəbərlər 03 Dec 2022
ADNSU ilə "Bakı Metropoliteni" QSC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin professor-müəllim heyəti ilə “Bakı Metropoliteni” QSC-də görüş keçirilib.

Görüşdə ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov, həmçinin,  “Bakı Metropoliteni” QSC-nin təlim tədris mərkəzinin rəisi Rüfət Qədəşov, rəis müavini Rizvan Bayramov və digərləri iştirak ediblər.

ADNSU-da həyata keçilirən geniş miqyaslı islahatlar haqqında ətraflı məlumat verən fakültə dekanı, dosent Əli Hikmət Əhmədov universitetdə elm, təhsil və beynəlxalq əlaqələr üzrə əldə olunan nailiyyətlər, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, ixtisasların akkreditasiyası, ingilis dilində ixtisasların tədrisi, ikili diplom proqramları, mübadilə proqramları, həmçinin startap layihələri və alimlərin texnologiyaların transferi sahəsindəki fəaliyyətindən danışıb.    

“Bakı Metropoliteni”QSC-nin təlim tədris mərkəzinin rəisi Rüfət Qədəşov, cəmiyyətin fəaliyyət istiqamətlərində yeniliklər, həyata keçirdiyi yeni layihələr və s. haqqında ətraflı məlumat verərək universitetlə əlaqələrin  sıx şəkildə  inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, texnologiyaların transferi, şirkətin mütəxəssislərinin tədris prosesində uyğun ixtisaslar üzrə mühazirələrin oxuması, tələbələrin yay təcrübə proqramlarında iştirakı, tələbələr üçün təcrübə keçmə imkanlarının təmin edilməsi və s. mövzular müzakirə olunub.

Qeyd edək ki, görüşun məqsədi gündəlik təcrübə layihəsi çərçivəsində mütəxəssis hazırlığının keyfiyyətinin daha da artırılması və təcrübi biliklərin əldə edilməsi üçün ADNSU-nun neft-mexanika fakültəsində təhsil alan tələbələrin təcrübə proqramında iştirakıdır.


Paylaş