×

Xəbərlər

Xəbərlər 02 Dec 2022
Məşhur xeyriyyəçi H.Z.Tağıyevin nəticəsi ADNSU-da olub

Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəticəsi, neftçi-geoloq Nazim Abdullayev və yaxın qohumu Səidə Mirizadə ilə görüşüb.

Görüşdə rektor M.Babanlı universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, əməkdaşlıq əlaqələrindən, qazanılan uğurlardan danışıb. Rektor, eyni zamanda, XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Sonra qonaqlar ADNSU-da tədris şəraiti ilə tanış olublar.

Doğma universitetdə olmaqdan məmnunluğunu bildirən N.Abdullayev ali təhsil ocağında tədrisin keyfiyyətinin və elmi potensialın müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirib.

Sonda xatirə hədiyyələri təqdim edilib.


Paylaş