Dekabrın 6-7 tarixində “Xəzərneftqazyataq - 2022” Beynəlxalq Elmi – Təcrübi Konfrans keçirilib. Neft sənayesi sahəsinin inkişafının təkmilləşdirilməsi məsələlərinin həllini özündə əks etdirən Beynəlxalq “Xəzərneftqazyataq - 2022” Elmi-Təcrübi Konfrans iki ildən bir keçirilməklə növbəti və ənənəvi olsa da, bu dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində “Neftin, Qazin Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunun (ETİ) 30 illik yubileyinə həsr olunub.
Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirilən konfrans iki bölmə üzrə keçirilib. Birinci bölmədə geologiya, qazma, neftçıxarma və neftin-qazın nəqli, ikinci bölmədə isə neft sənayesində ekoloji problemlərin həlli və neft kimyası məsələləri üzrə məruzələr dinlənilib. Həm onlayn, həm də oflayn formatda keçirilən konfransa dünyanın bir çox ölkəsindən, o cümlədən Rusiya Federasiyasından, Böyük Britaniyadan, Qazaxstandan və digər ölkələrdəbn nümayəndələr qatılıblar.
Konfransa ümumilikdə birinci bölmə üzrə 41, ikinci bölmədə isə 36 məqalə və tezis təqdim olunub.