Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual turnir keçirilib.
Universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən yarışaa bütün fakültələr üzrə tələblər komanda şəkilində qatılıblar. Fakültə dekanlarının da iştirak etdiyi turnirdə tələbələr əsasən elm, məntiq, tarix, informasiya texnologiyaları və digər sahələri əhatə edən sualları yüksək səviyyədə cavablandırıblar. İTF-in tələbələrindən ibarət komanda turnirin qalibi olub və sertifikatla mükafatlandırılıb.