×

Xəbərlər

Xəbərlər 08 Dec 2022
ADNSU-da SOCAR-ın “Gənc istedadlar” proqramının təqdimatı keçirilib

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın “Gənc istedadlar” proqramının təqdimatı keçirilib. Universitetin tələbə və müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə SOCAR-ın İşə qəbul şöbəsinin rəisi Cavid Umbayev  çıxış edib. O, SOCAR-da iş prosesi, icra olunan layihələr və hədəflər haqqında məlumat verib. Bildirilib ki, gənc mütəxəssislərə şirkətdə xüssusi dəstək verilir və onlarla daha böyük nailiyyətlərə çatmaq mümkündür.

SOCAR-ın İşə qəbul şöbəsinin mütəxəssisi Aygün Qəniyeva isə təqdimatı keçirilən proqram haqqında tələbələrə geniş məlumat verib. O həmçinin, başqa proqramlar, icra olunan yeni layihələr haqqında da danışıb, tələbələrin suallarını cavablandırıb.


Paylaş