×

Xəbərlər

Xəbərlər 12 Dec 2022
ADNSU-nun kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr – müstəqil Azərbaycan Respublikasının inkişafında əvəzsiz xidmətləri olan, dahi şəxsiyyətin, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu münasibətlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının rəhbərliyi ilə universitetin müəllim və tələbələri Fəxri Xiyabana gələrək ulu öndərin xatirəsini yad ediblər. ADNSU kollektivi eləcə də görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini böyük ehtiramla yad edib.

Təhsilin millətin gələcəyi olduğunu vurğulayan ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin təhsil alması və elmə yiyələnməsinə həmişə xüsusi qayğı ilə yanaşıb.


Paylaş