Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Orta əsrlər Fransasında və Nizaminin Gəncəvinin əsərlərində nəzakət və humanizm” mövzusunda görüş keçirilib.
Görüşdə Fransız-Azərbaycan Mədəni Əməkdaşlığın koordinatoru Lucie Philip tərəfindən "Nizami Gəncəvinin əsərlərində humanizmə nəzakətli və parallel sevgi" və Fransa səfirliyin universitet əlaqələri və elmi əməkdaşlıq üzrə attaşesi Augustin Huot De Saint-Albin “Orta əslər Fransasında nəzakət və humanizm” mövzusunda təqdimatla çıxış ediblər. Tədbirdə böyük şair N.Gəncəvinin yaradıcılığında diqqət edilən əsas motivlərə toxunulub.
Mövzu tələbələr tərəfindən maraqla qarşılanıb, sonda içtirakçıları maraqlandıran suallar cavablandırılıb.