×

Xəbərlər

Xəbərlər 15 Dec 2022
ADNSU-nun müəllimi İstanbul Kültür Universitetində dərs keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimi Erasmus + proqramı çərçivəsində Türkiyənin İstanbul Kültür Universitetində olub. Bir həftəlik səfər çərçivəsində ADNSU-nun “Xarici dillər” kafedrasının müəllimi Səidə Verdiyeva “Ümumi ingilis dili” fənnindən dərs keçib. S.Verdiyeva dərsləri interaktiv üsullarda müasir metodlarla tədris edib və tələbələr tərəfindən yüksək qiymətləndirilib.


Paylaş