Dekabrın 16-da Azİİ e-Kitab Evində “Azərbaycanın energetik alimləri” seriyası adı altında texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, “Enerji istehsalı texnologiyası” kafedrasında məsləhətçi-professoru Kamal Abdullayevin həyatı, pedaqoji fəaliyyətinə həsr olunmuş biblioqrafik göstəricinin təqdimatı keçirilib. Biblioqrafik göstərici Azİİ e-Kitab Evi tərəfindən hazırlanmış növbəti nəşrdir.
Tədbirdə professor Kamal Abdullayevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir haqqında iştirakçılara məlumat verdikdən sonra ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, ADNSU-nun professoru, texnika elmləri doktoru Qəhrəman Həsənov, EF-nin dekanı, dosent Aydın Əliyev, Enerji istehsalı texnologiyası kafedrasının müdiri, dosent Şükür Nəsirov, Elektroenergetika kafedrasının müdiri, dosent Sevinc Mirzəyeva, Fizika kafedrasının dosenti Dünyaməddin Əsgərov, Enerji istehsalı texnologiyası kafedrasının dosenti Fəxrəddin Rəhimov, KTF-nin professoru Ələkbər Həsənov və başqaları çıxış edərək yeni nəşrin əhəmiyyətindən danışıblar.
Biblioqrafik göstərici 2022-ci ilin nəşridir. ADNSU mətbəəsində çap olunub. Biblioqrafiyada alimin həyat və yaradıcılığının əsas tarixləri, çap olunmuş əsərləri, məqalələri, tezis və çıxışları yer alıb. Göstərici energetika sahəsində çalışan alimlər, mütəxəsislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.