Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin tərəfdaşı olduğu Erasmus+ UniLab layihəsi çərçivəsində “UniLab Milli konfransı” keçirilib. ADNSU və Xəzər universiteti tərəfindən birgə təşkil olunan konfransda “Tələbələrin və işəgötürənlərin vakansiyalara və təcrübə proqramlarına müraciət edərkən qarşılaşdıqları problemlər və onların həlli istiqamətində atılan addımlar” və “Gənclərin iş həyatında yeri və rolu: sənaye və universitet əməkdaşlığı” mövzularında panel müzakirələr aparılıb.
Müzakirələrdə Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Qurbanlı Əli, Karmasis Azerbaycanın baş direktoru Berna Baysal, “Zaferoğlu” şirkətinin təsisçisi Zəfər Məmmədov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov, “Bakı Tekstil Fabriki” MMC-in icraçı direktoru Elçin Babayev, VITAM şirkətinin direktoru Tehran Aliyev, ATEF şirkətinin texniki dirktoru Nadir Kərimov və Dadaşlı Biznes Qrupun direktoru Elxan Sultanlı iştirak ediblər.
İnteraktiv formatda keçirilən müzakirələr tələbələr tərəfindən maraqla qarşılanıb.