×

Xəbərlər

Xəbərlər 19 Dec 2022
ADNSU ilə sənaye müəssisələri arasında əməkdaşlıq əlaqələri inkişaf edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti SOCAR Downstream şirkətində olublar. Şirkət rəhbərliyi ilə universitet əməkdaşları arasında keçirilən görüşdə ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov universitetin fakültə və tələbə kontingenti haqqında məlumat verib, 2015-ci ildən bəri ADNSU-da təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O, həmçinin dövlət və özəl müəssisələri ilə universitet arasında mövcud olan əməkdaşlıq əlaqələri haqqında da məlumat verib və bu gün ADNSU-da ixtisaslı və bacarıqlı mütəxəssis yetişdirilməsi üçün hər bir şəraitin olduğunu bir daha tədbir iştirakçıların diqqətinə çatdırıb.

Universitetlə sənaye müəssisələri, o cümlədən SOCAR Downstream şirkəti arasındakı əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə gələcəkdə bu əlaqələrin daha da genişləndiriməsinin perspektivlərindən və yeni layihələrdən danışılıb.


Paylaş