×

Xəbərlər

Xəbərlər 27 Dec 2022
Müəssisədə keçirilən mühazirə dərsi tələbələr tərəfindən maraqla qarşılanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan iki qrupun tələbəsi mühazirə dərsini birbaşa müəssisədə keçiblər.

“Yüksəkmolekullu birləşmələr əsasında kompozisiyaların emalı texnologiyası” (prof. Əmirov Fariz) fənnindən olan mühazirə dərsi “Polymart” şirkətində keçirilib. Tələbələr müəssisədə keçirilən dərs zamanı istehsal prosesi və qurğuların iş prinsipi ilə yaxından tanış olublar. Sonra laboratoriyada bir neçə sınaq aparılıb, tələbələrin sualları cavablandırılıb.


Paylaş