×

Xəbərlər

Xəbərlər 30 Dec 2022
ADNSU-da əcnəbi tələbələr Yeni il bayramını qeyd ediblər

Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Əcnəbi tələbələr dekanlığının təşkilatçılığı ilə Milad Bayramı və Yeni ilə həsr olunmuş şənlik keçirilib.

Tədbirdə ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Beynəlxalq Əlaqələr üzrə prorektorun müavini, dosent Ülviyyə Abbasova, Əcnəbi tələbələrlə iş üzrə dekan, t.e.n. Yaşar Həsənov, baş müfəttiş Nigar Babayeva həmçinin, universitetin professor müəllim heyəti, əcnəbi tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Əcənəbi tələbələrlə iş üzrə dekanlığın baş müfəttişi N.Babayeva və Beynəlxalq Əlaqələr üzrə prorektorun müavini Ü.Abbasova qonaqları salamlayaraq yeni il münasibəti ilə əcənəbi tələbələri təbrik edib və hər kəsə xoş bayram əhval ruhiyyəsi arzulayıb.

Daha sonra şənlik əyləncəli şou proqramla davam edib.

Qeyd edək ki, bayram şənliyində 15 ölkədən 70 dən çox əcnəbi tələbə və qonaqlar iştirak edib.


Paylaş