Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) IT və İnnovasiyalar üzrə Rektor müşaviri Rasim Abdullayev və “Kompüter mühəndisliyi” kafedrasının dosenti Yaşar Hacıyev 14-16 dekabr 2022-ci il tarixlərində İsveç İnstitutu tərəfindən maliyyələşdirilən “CyberEdu” layihəsi çərçivəsində İsveçin Stokholm Universitetində işgüzar səfərdə olublar.
Səfər zamanı layihə çərçivəsində əldə olunmuş nailiyyətlər barədə müzakirələr aparılıb və 2023-cü ilin yanvarında təqdim ediləcək yekun hesabatın strukturu təyin edilib. Bununla yanaşı tərəfdaşlar arasında digər potensial əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "CyberEdu" layihəsi çərçivəsində partnyor universitetlərdə kiber-təhlükəsizlik üzrə ixtisaslaşmaların yaradılması nəzərdə tutulub. Layihədə Azərbaycan, Gürcüstan, Polşa, Ukrayna və İsveç iştirak edir.