×

Xəbərlər

Xəbərlər 06 Jan 2023
ADNSU-nun istehsalat müəssisələri ilə əlaqələri genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinində (ADNSU) İngiltərənin TWI (Azerbaijan Branch) şirkətinin rəhbəri Karim SHAKOURI və şirkətin digər əməkdaşları ilə universitet əməkdaşları – rektorun universitet Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, İƏMD-nin direktoru Bəhruz Nəzərov, bir neçə professor-müəllim heyətinin, o cümlədən “Cihaz mühəndisiliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova,  həmin kafedranın tələbələri və əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

İngiltərənin TWI şirkəti 2012-ci ildən Azərbaycanda beynəlxalq keyfiyyət standartı və normaları əsasında Mühəndislik və Təlim-Sertifikatlaşdırma fəaliyyəti göstərir. Görüşdə şirkətin texniki ekspertlərin, əməkdaşlıq etdikləri tanınmış beynəlxalq və yerli şirkətlərə yüksək keyfiyyətli mütəxəssislərin hazırlanmasında universitetlə sıx əməkdaşlığa hazır olduğu bildirilib. Universitetin sənaye müəssisələri ilə əlaqəsində TWI şirkətinin bir körpü rolu oynaması, bu sahədəki əməkdaşlıq əlaqələrinin genişləndiriməsinin perspektivlərindən və yeni layihələrdən danışılıb.

Təhsil, elm, təlim, təcrübə və sertifikatlaşmalara dair müxtəlif məsələlərin müzakirə olunduğu görüşdə hər iki tərəfdən nümayəndələr bu gün ADNSU-da  yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilməklə yanaşı, universitetdə həm də tədqiqat yönümlü istiqamətlərin inkişaf etdirilməsinin xüsusi önəm daşıdığı qeyd edilib.

TWI (Azerbaijan Branch) şirkətinin rəhbəri Karim SHAKOURI “Cihaz mühəndisliyi” kafedrasında magistr səviyyəsində “Keyfiyyətə nəzarət və diaqnostika üsul və cihazları” ixtisası üzrə  ingilis və azərbaycan dillərində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi maraqlarının olduğunu qeyd edərək bu məqsədlə tələbələrin müəssisədə təcrübə keçməsi ilə yanaşı, ixtisaslarına uyğun olaraq sertifikat alınmasını diqqətdə saxlanılacağını deyib. Görüşdə müzakirə olunan məsələlərin reallaşması və hüquqi əsasını tapması üçün  tərəflər arasında memarandumun imzalanması nəzərdə tutulub.


Paylaş