×

Xəbərlər

Xəbərlər 18 Feb 2023
ADNSU-da Code for future təqaüd proqramının məzun günü keçirilib

Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Code for future təqaüd proqramının məzun günü keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı layihənin mahiyyətindən və gənclər üçün əhəmiyyətindən danışıb, proqramı uğurla başa vuran tələbələri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova mövcud təqaüd proqramları haqqında məlumat verib və məzunları təbrik edib.

Code for future layihəsinin rəhbəri Məlihə Hüseynzadə statistika və ümumi nəticələrdən danışıb.  

Sonra layihə məzunlarından ibarət 5 komandanın layihələrinin təqdimatı keçirilib və sonda proqramı uğurla başa vuran məzunlara sertifikatlar təqdim edilib.

Tədbir qeyri-rəsmi formada davam edib.

Qeyd edək ki, bu dəfə Code for future layihəsindən 4 istiqamət üzrə (Big Data, Frontened Development, Backend Development, QA Engineering) 103 nəfər məzun olub.


Paylaş