×

Xəbərlər

Xəbərlər 18 Feb 2023
ADNSU məzunları ilə görüş keçirilib

Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) məzunları ilə qeyri-rəsmi görüş keçirilib.

Görüşdə rektor, professor Mustafa Babanlı, professor-müəllim heyəti, əməkdaşlar və ötən illərin məzunları iştirak ediblər.

Rektor, professor M.Babanlı çıxış edərək, məzunlarla əməkdaşlığın önəmindən danışıb, qeyd edib ki, məzunlar işlədikləri müəssisələrdə universiteti təmsil edən və həmin müəssisələrlə əlaqələrin qurulmasına dəstək verən şəxslərdir. ADNSU məzunlarının universiteti nəinki ölkədə, həmçinin ölkə xaricində də hər zaman layiqincə təmsil etdiklərini deyən rektor M.Babanlı məzunlarla görüşdən şad olduğunu bildirib və onlara fəaliyyətlərində uğurlar arzu edib.

Ötən illərin məzunları da çıxışlarında ADNSU-nun hər zaman onlar üçün doğma təhsil ocağı olduğunu deyib, universitetlə təmsil etdikləri müəssisələrin əlaqələrinin genişləndirilməsində dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Görüş səhər yeməyi süfrəsi ətrafında davam edib.


Paylaş