Fevralın 15-də Strasburq Universitetinin Kompüter Elmləri üzrə professoru Cecilia Zanni-Merk Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Görüşdə ADNSU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər. ADNSU-da olmaqdan məmnunluğunu ifadə edən qonaq, Kompüter mühəndisliyi və kompüter elmləri istiqamətində universitetlə birgə əməkdaşlıq məsələlərindən danışıb və fəaliyyət göstərdiyi sahə haqqında ətraflı məlumat verib.
Sonra qonağa universitet haqqında məlumat verilib, ADNSU-da kompüter elmləri ixtisası üzrə tədrisin keyfiyyətinin artırılması üzrə görülən işlərdən danışılıb və süni intellektin tətbiqinin əhəmiyyəti qeyd edilib.