×

Xəbərlər

Xəbərlər 21 Feb 2023
ADNSU-da gənc tədqiqatçıların və doktorantların böyük elmi seminarı keçirilib

Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) gənc tədqiqatçıların və doktorantların böyük elmi seminarı keçirilib. 

ADNSU-nun rektoru, professor Mustafa Babanlının da iştirak etdiyi seminarda universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək gənc tədqiqatçıların və doktorantların yol xəritəsindən, həmçinin gənclərə elmi potensiallarını inkişaf etdirməyin yollarından danışıb.

Seminarda elmdə müasir yanaşmanın və yeni çağırışların da tətbiqinin önəmindən danışan rektor, professor Mustafa Babanlı gələcəyin alimlərinə seçdikləri ixtisas üzrə elmin bütün incəliklərini dərindən mənimsəməyin və araşdırma aparmağın vacibliyini deyib. ADNSU-nun gənc tədqiqatçı və doktorantlara elmi nailiyyətlər əldə etmək üçün hər zaman dəstək olacağını vurğulayan rektor onların hər birinə uğurlar arzu edib.

ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimlinin moderatorluğu ilə keçirilən seminarda ayrı-ayrı mövzular üzrə məruzələr olub, plenar çıxışlar dinlənilib. Hər bir mövzu üzrə iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.

Qeyd edək seminarın keçirildiyi tarix rektor, professor Mustafa Babanlının doğum gününə təsadüf etdiyindəngənc tədqiqatçılar onu təbrik edərək möhkəm cansağlığı, uzun ömür arzulayıblar.


Paylaş