Fevralın 24-də ADNSU Azİİ e-Kitab Evində və Kitab evinin nəzdində fəaliyyət göstərən Açıq kitabxanada “Xocalı soyqırımı”nın 31 illiyinə həsr olunmuş “Xocalı soyqırımı” adlı kitab sərgisi təşkil olunub. Hər iki sərgi “Xocalı soyqırımı” qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, tələbələr arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə təşkil olunub. Əsasən azərbaycan,rus,ingilis dillərində “Xocalı Soyqırımı”nın dəhşətlərini əks etdirən kitablar, jurnallar sərgidə geniş yer alıb.
Sərgi fevral ayının sonunadək davam edəcək.