×

Xəbərlər

Xəbərlər 24 Feb 2023
ADNSU-da ilk dərsdə Xocalı soyqırımı haqqında məlumat verilib

Fevralın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs zamanı müəllimlər tələbələrə Xocalı soyqırımı haqqında məlumat veriblər.

Dərs zamanı tələbələrə tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərdən, terror əməliyyatlarından danışıblar, Xocalı soyqırımının onlardan birinin və ən dəhşətlisinin olduğunu bildiriblər. Bu qətliamın təkcə azərbaycanlılara qarşı yox, insanlığa qarşı törədilən ağır cinayət olduğu vurğulanıb. Qeyd olunub ki, bu qanlı terror hadisəsindən, dinc soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsindən nə qədər zaman keçsə də bu qanlı tarix hər zaman yaddaşlarda qalacaq. 


Paylaş