Fevralın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən təlim keçirilib.
İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova mərkəzin fəaliyyəti və karyera planlaması haqqında tələbələrə ətraflı məlumat verib.
İNNAB Karyera Mərkəzinin mütəxəssisi Vüqar Bəykişiyev müasir dövrdə aktual sahə olan sosial mediada marketinq strategiyasından, sosial mediada düzgün tanıtım və effektiv marketinq planlamasından danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.