×

Xəbərlər

Xəbərlər 27 Feb 2023
ADNSU-da tanınmış şirkətin təqdimatı keçirilib

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ernst Young Qlobal Limited (bundan sonra “EY”) şirkətlər şəbəkəsinə daxil olan Ernst & Yanq Holdinqs şirkətinin təqdimatı keçirilib.

Tədbirdə ADNSU-nun professor-müəllim heyəti və çoxsaylı tələbələr iştirak edib. 

Şirkətin İnsan resurslari üzrə direktoru Samirə Şabanovanın təqdimatından sonra mütəxəssislər şirkət haqqında geniş məlumat veriblər. Çıxışlarda ADNSU-nun tələbələrinin şirkətdə təcrübə keçməsi və işlə təminatı məsələsi xüsusilə önə çəkilib. Sonda tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb. 

Qeyd edək ki, Ernst & Young Qlobal Limited (“EY”) şirkətlər şəbəkəsinə daxil olan Ernst & Yanq Holdinqs (SiAyEs) şirkətinin Azərbaycan Respublikasındakı filialı artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərir. Özünün çoxprofilli komandaları ilə EY şirkəti dünyanın 150-dən çox ölkəsində təmsil olunur. Şirkət müştərilər, əməkdaşlar və bütövlükdə cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılmasına və kapital bazarlarına inamın artırılmasına töhfə verməklə daha yaxşı iş dünyasının qurulmasına xidmət edir.


Paylaş