×

Xəbərlər

Xəbərlər 02 Mar 2023
ADNSU-da III Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb

Martın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa" mövzusunda III Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Hibrid formatda keçirilən konfransın açılış mərasimində  Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, BA proqramlarının direktoru, texnika elmləri doktoru, professor Rafiq Əliyev, prorektorlar, həmçinin universitetin professor-müəllim heyəti və doktorantlar iştirak ediblər. 

Konfransda postkonflikt vəziyyətlərdə yenidənqurma, bərpa, münaqişənin uzunmüddətli təsirləri, iqlim dəyişikliyi, iqtisadi siyasətin prioritetləri, iqtisadi təhlükəsizlik, mədəni-tarixi obyektlərin bərpası, təhsil, elm, postkonflikt siyasətinin və planlaşdırmanın nəzəri məsələləri müzakirə edilib. 

Sonra “Postkonflikt siyasətinin və planlaşdırmanın nəzəri məsələləri və modelləri” və “Regionların iqtisadi inkişafı” mövzularında paralel görüşlər keçirilib. 

Qeyd edək ki, 2 gün davam edəcək Beynəlxalq konfransa təqdim olunan 100-ə yaxın məqalədən  48 məqalə plagiatdan keçərək  (19 Azərbaycan, 29 ingilis dilində) konfransa buraxılıb.  Onlayn və offlayn formatda keçirilən Elmi Beynəlxalq konfrans martın 3-də yekunlaşacaq.


Paylaş