Martın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mülki müdafiə və yanğından mühafizə” mövzusunda təlim keçirilib.
Universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə ADNSU-nun Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi, bu zaman yanğından müdafiə haqqında iştirakçılara geniş məlumat veriblər. Süni yaradılmış yanğının xüsusi avadanlıqlarla söndürülməsi ilə bu proses əyani nümayiş etdirilib. Sonra iştrakçıların mövzu ilə bağlı sualları cavalandırılıb.