×

Xəbərlər

Xəbərlər 03 Mar 2023
ADNSU-da III Beynəlxalq Elmi Konfransın yekun seminarı keçirilib

Martın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” adlı III Beynəlxalq Elmi Konfransın yekun iclası keçirilib.

Konfransın bağlanış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, prorektorlar universitetin professor-müəllim heyəti iştirak ediblər. 

Rektor, professor M.Babanlı çıxış edərək konfransın məqsədi, bura təqdim olunan tezis və məqalələrdan danışıb. Professor M.Babanlı müasir dövrdə yeni idarəetmə və inkişaf modellərinin aktual olduğu bir zamanda həm də yeni çağırışlarla ayaqlaşmağın inkişafın əsas sütunlarından olduğun bildirib. Rektor əlavə edib ki, belə konfranslar bu baxımdan çox əhəmiyyətlidir və mövzu rangarəngliyinə görə də diqqət çəkir, yeni tendensiyalar üçün baza rolunu oynayır. 

Sonra bölmə sədrlərinin hesabatı dinlənilib.

Qeyd edək ki, konfrans 2 gün davam edib. Beynəlxalq konfransa təqdim olunan 100-ə yaxın məqalədən 48 məqalə plagiatdan keçərək (19 Azərbaycan, 29 ingilis dilində) konfransa buraxılıb.


Paylaş