Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan, Türkiyə, Özbəkistan İş Adamları Birliyinin rəhbəri Ruslan İmanzadə və birliyin bir neçə sahibkar üzvü ilə görüşüb.
Qonaqlara universitet haqqında ətraflı məlumat verən rektor, professor Mustafa Babanlı ADNSU-da təhsil və tədrisin müasir tələblərə uyğun təşkil olunduğunu və bu zaman mühəndis kadrlara olan təlabatın nəzərə alındığını deyib.
Türkiyə və Özbəkistanla digər sahələrdə olduğu kimi, təhsil istiqamətində də sıx əlaqələrin mövcudluğunu xatırladan rektor, professor Mustafa Babanlı universitetin dövlət və özəl qurumlarla, ayrı-ayrı şirkətlərlə əməkdaşlıqda maraqlı olduğunu, bunun ADNSU-nun məzunlarının işlə təminatında da öz təsirini göstərdiyini bildirib.
Özbəkistan İş adamları Birliyinin rəhbəri Ruslan İmanzadə səmimi görüşə görə rektor, professor Mustafa Babanlıya minətdarlıq edib, bildirib ki, onlar da iş adamları olaraq universitetlə əməkdşlıqda maraqlıdırlar. O, ADNSU-nun yetişdirdiyi mütəxəssislərə bir çox sahələrdə, o cümldən müstəqil sahibkarlıq sektorunda da çox ehtiyac olduğunu deyib.
Qarşılıqlı dialoq əsasında keçirilən səmimi görüşdə çıxış edən iş adamları hazırda onların arasında ADNSU məzunlarının da olduğnu bildiriblər və müstəqil şirkətlər olaraq universitetlə əməkdaşlığı daha da genişləndirəcəklərini vurğulayıblar.