Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bank sektorunda informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib. “Prosol” QSC və ADNSU-nun birgə təşəbbüsü ilə Pro-Academy tələbələri üçün keçirilən növbəti seminarda İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Bəxtiyar Məmmədov geniş təqdimatla çıxış edib. Tədbir iştirakçıları ilə şəxsi təcrübəsini bölüşən B.Məmmədov banklar, informasiya təhlükəsizliyinə hüquqi, nəzəri və praktik aspektdən baxış, praktikada baş vermiş insidentlər, onların idarə olunması və digər təhlükəsizlik məsələləri ilə bağlı ətraflı məlumat verib.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.