×

Xəbərlər

Xəbərlər 09 Mar 2023
UFAZ-da 1960-1980-ci illərdə Bakının rəmzi layihələri barədə konfrans baş tutub

Martın 9-da Heydər Əliyevin 100 illiyi çərçivəsində Azərbaycan-Fransız Universiteti (UFAZ), Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun birgə təşkilatçılığı ilə UFAZ-da “1960, 1970-ci və 1980-ci illərdə Bakının emblematik layihələri: Azərbaycan sovet modernizmində beynəlmiləl və milli” adlı konfrans təşkil olunub.

Tədbirdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov qonaqları salamlayaraq, Heydər Əliyevin sovet dövründə rəhbərlik etdiyi vaxtlarda Bakının memarlığına böyük maraq göstərdiyini vurğulayıb.

Konfransda əsas məruzəçi kimi 2015-ci ildə Moskva Memarlıq İnstitutunda, 2018-ci ildə Parisdə Val de Seine Milli Ali Memarlıq İnstitutunda təhsilini başa vurmuş, Parisdəki Milli Şərq Dilləri İnstitutunda (INALCO) rus tarixi və sivilizasiyası üzrə magistr dərəcəsinə malik memar və tədqiqatçı Paul Wolkenstein çıxış edib. Onun tədqiqatları 1960-1980-ci illər arasında Zaqafqaziya və Orta Asiyada sosialist memarlığına yönəlib.

Təqdimat zamanı Paul Wolkenstein 1960-cı ildən 1980-ci ilədək Bakıda yerləşən bir çox rəmzi binalarının arxasındakı hekayələri bölüşüb. Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.


Paylaş