Martın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib.
2022-2023-ci tədris ilinin payız imtahan sessisyasının nəticələri haqqında məlumat verən rektor, professor Mustafa Babanlı universitetdə tədrisin yüksək səviyyədə təşkili ilə bağlı görülən işlərdən və semestr zamanı tələbələrin biliyinin qiymətləndirilməsi, buraxılış işlərinin hazırlanması və təhsilin yüksəldilməsi istiqamətində əldə olunan nailiyyətlər haqqında danışıb. Rektor vurğulayıb ki, universitetin daha da inkişafı üçün yaxşı təməl qurulub, müəllim və tələbələrlə birlikdə böyük uğurlara imza atacağıq.
“Açıq mikrofon” da beynəlxalq dərəcəli sertifikatlar haqqında təqdimatla çıxış edən rektor, professor Mustafa Babanlı bu sertifikaların verilmə mərhələsi və bunun tələbələr üçün önəmi haqqında ətraflı məlumat verib. Rektor əlavə edib ki, ali təhsil müəssisəsi olaraq çalışırıq tələbələrimiz təkcə ixtisas üzrə diplomla kifayətlənməsinlər, müasir çağrışlara uyğun olaraq məzun olan tələbələrimizin “İT” və xarici dil bilgiləri də yüksək səviyyədə olsun. Bu da sözsüz, məzunlarımızın rahat işlə təmin olunmasında və onlara tələbatın artmasında xüsusi rol oynayacaq. Sonra 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə görə kurslar üzrə ən yaxşı qrup nominasiyasının qaliblərininin təqdimatı olub və rektor, professor Mustafa Babanlı tələbləri təbrik edərək onlara mükafat təqdim edib.
“Açıq mikrofon”da ənənəvi olaraq tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda rektor, professor M.Babanlı mövcud çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icra olunması istiqamətində göstərişlər verib.