Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, “Gənclik” Tələbə İdman Cəmiyyətinin birgə təşkil etdiyi Ali təhsil müəssisələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat üzrə XV Respublika universiadası keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri XV Respublika Universiadasında stolüstü tennis üzrə I yerin qalibi olublar.
ADNSU komandası gərgin keçən mübarizədən sonra finalda Bakı Ali Neft Məktəbinin tələbələrinə qalib gələrək I yerin qalibi olublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə hər il keçirilən universiadanın məqsədi tələbələr arasında bədən tərbiyəsi və idmanın təşviqidir.