Martın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində növbəti "Novruz mühazirələri"nin görüşü keçirilib.
Görüşdə ADNSU-nun Humanitar Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev “ Şuşa şəhəri Qarabağın sinəsində Azərbaycan möcüzəsidir” mövzusunda mühazirə ilə çıxış edib.
Professor C.Mustafayev əvvəlcə qədim Şuşa şəhərinin yaranma tarixindən danışıb, mədəniyyət beşiyi olan Şuşanın tarixi abidələri, qədim memarlıq inciləri haqqında tələbələrə ətraflı məlumat verib. Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin qürurverici olduğunu deyən professor C.Mustafayev mühazirəsində həmçinin Şuşanın coğrafi mövqeyi, Şuşa adının tarixi etimologiyası və digər tarixi məqamlara toxunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.