×

Xəbərlər

Xəbərlər 17 Mar 2023
Qazaxıstanın Nazarbayev Universitetinin nümayəndələri ADNSU-da olub

Martın 17-də Qazaxıstanın Nazarbayev Universitetinin Baş meneceri Aida Sultanali və nümayəndə heyəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüş keçirilib. Nümayəndə heyəti Beynəlxalq əməkdaşlıq şöbəsinin və Əcnəbi tələbələr dekanlığın əməkdaşları ilə görüşüb əməkdaşlıq qurmaq və birgə yeni layihələrdə iştirak məsələləri müzakirə edilib.

Görüş zamanı həmçinin ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) müəllim və tələbə heyəti üçün Nazarbayev Universitetinin professoru Maykl Levisin "İT və Digital Sciences" mövzusunda mühazirəsi keçirilib.


Paylaş