×

Xəbərlər

Xəbərlər 31 Mar 2023
ADNSU-da "Proqramlaşdırma nədir və nə üçün lazımdır" mövzusunda seminar keçirilib

Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin təşkilatçılığı ilə “NA Group” şirkəti tərəfindən tələbələr üçün seminar keçirilib. "Proqramlaşdırma nədir və nə üçün lazımdır" mövzusunda keçirilən seminarda şirkətin direktoru Nihad Əliyev müasir dövrün əmək bazarı, qanunvericiliyin tətbiqi, əmək haqqlarının hesablanması və bu sahədə aktual məsələlərdən danışıb.

Sonra şirkətin məntiq-informatika üzrə təlimçisi Qönçə Ağa Əlizadə, İT üzrə mütəxəssis Əziz Heydərov proqramlaşdırma, praktiki biliklərin önəmi, proqram yaratmaqla bağlı nəzəri, praktiki vərdişlər və bu bacarıqları inkişaf etdirməyin yollarından danışıblar. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş