×

Xəbərlər

Xəbərlər 03 Apr 2023
ADNSU əməkdaşları beynəlxalq təlimdə iştirak edib

26-31 mart tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları “WORK4CE” layihəsi çərçivəsində Belçikanın KU Leuven universitetinin təşkilatşılığı ilə keçirilən təlimdə iştirak ediblər. 

Təlimdə ADNSU-nun Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva, Kompüter mühəndisliyi kafedrasının müəllimləri Yaşar Hacıyev və İlqar Rzayev təmsil olunublar.

“Kurs materiallarının rəqəmsal çatdırılması” üzrə Avropa Tərəfdaşlığı təlim həftəsi çərçivəsində Kompüter mühəndisliyi kafedrasının müəllimləri Yaşar Hacıyev və İlqar Rzayev “MO7 – Managing  Digital Change” modulu üzrə iki seminar ilə çıxış ediblər. Həmçinin, ADNSU-nun Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva layihə çərçivəsində ADNSU tərəfindən görülən işlər haqqında təqdimat ilə çıxış edib.

5 gün davam edən görüşdə layihənin digər beynəlxalq iştirakçıları da çıxış  ediblər, layihə haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.

 

Qeyd edək ki, Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “WORK4CE” layihəsinə üzv olan ölkələr: Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. 


Paylaş