×

Xəbərlər

Xəbərlər 04 Apr 2023
ADNSU-nun əməkdaşları “Zəkalar” liseyinin şagirdləri ilə görüşüblər

Aprelin 4-də  Azərbaycan Dövlət Neft və Sənaye Universitetin əməkdaşları – “Menecment” kafedrasının müdiri, professor Qəzənfər Süleymanov, dosent Sədaqət İbrahimova və müəllim Rəşid Cəbrayılov 287 saylı “Zəkalar” liseyində yuxarı sinif şagirdləri ilə görüşüblər. Görüşdə professor Qəzənfər Süleymanov ADNSU-nun təhsil, tədris prosesi, o cümlədən buradakı yenidənqurma işləri haqqında tələbələrə məlumat verib. O, universitetdə tələbələrə olan doğma münasibətdən danışıb, ADNSU məzunlarına əmək bazarında tələbatın çox olduğunu və onların işlə təminolma imkanların yüksək olduğunu bildirib. 

ADNSU-nun müəllimləri Sədaqət İbrahimova və Rəşid Cəbrayılov  fakültədə mövcud ixtisaslar, hər ixtisasa ayrılmış yerlər, gündəlik və  istehsalat təcrübələri, həmçinin universitetdə fəaliyyət göstərən startaplar, Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzi haqqında ətraflı məlumat veriblər. 

Liseyin  direktoru, biologiya üzrə fəlsəfə doktoru Aygün Əhmədli qonaqları səmimi salamlayaraq görüşə görə təşəkkür edib. O, qeyd edib ki, bu görüş şagirdlərin ali təhsil müəssisələri, o cümlədən ADNSU ilə bağlı təəssüratlarını artıracaq və şagirdlərimizin daha da yaxşı oxumasında özünü göstərəcək, onlar bir növ motivasiya olunacaqlar. 


Paylaş