×

Xəbərlər

Xəbərlər 07 Apr 2023
ADNSU-nun professoru 62 sayli Məktəb-liseyin şagirdlərinə mühazirə oxuyub

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sənayenin iqtisadiyyatı” kafedrasının müdiri, professor Arif Ələkbərov Nizami rayonunda yerləşən 62 №-li Məktəb-liseyin şagirdlərinə mühazirə oxuyub.  

Görüşdə professor Arif Ələkbərov şagirdlərə ADNSU haqqında məlumat verib, universitetdə təhsil sahəsindəki müsbət dəyişikliklər, təhsil prosesi, tədris olunan ixtisaslar, elmi nailiyyətlər, həmçinin tələbə həyatı və tələbələrə göstərilən diqqət haqqında ətraflı məlumat verib.  

Professor A.Ələkbərov ali təhsillə bağlı gələcək abituriyentlərin suallarını cavablandırıb, onlara ixtisas seçimi zamanı diqqətli olmağı və yaxşı tələbə adını qazanmaq, uğurlu gələcəyə sahib olmaq üçün orta məktəbdən yaxşı oxuyub bilik qazanmağın vacib olduğunu deyib. 

Məktəb-liseyin direktoru Mətanət Cabbarlı vaxt ayırıb şagirdlərlə görüşdüyü üçün professor A.Ələkbərova və ADNSU-nun rəhbərliyinə minnətdarlıq edib. 


Paylaş