×

Xəbərlər

Xəbərlər 06 Apr 2023
ADNSU-nun əməkdaşları Bakı şəhərində orta məktəb şagirdləri ilə görüşüblər

Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetin əməkdaşları – “Menecment” kafedrasının müdiri, professor Qəzənfər Süleymanov, dosent Sədaqət İbrahimova və müəllim Rəşid Cəbrayılov Sabunçu rayonunda yerləşən 72 №-li Tam orta məktəb- liseydə və Xətai rayonunda yerləşən 245 №-li Tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə görüşüblər. 

Görüşdə professor Qəzənfər Süleymanov ADNSU-da aparılan islahatlar, yenidənqurma işləri, dərs prosesi və tələbələrə ixtisasları üzrə yüksək bilik verilməsi haqqında məlumat verib. Professor universitetdə tələbələrə olan münasibətdən danışaraq ADNSU-nu bitirən tələbələrə hər zaman ehtiyac olduğunu və onların ixtisaslı mütəxəssis kimi özlərini doğrultduğunu bildirib.  

ADNSU-nun müəllimləri Sədaqət İbrahimova və Rəşid Cəbrayılov şagirdlərə konkret ixtisaslar, təcrübə prosesi, universitetdə tələbələr üçün təşkil olunan müasir İT kursları və adlı təqaüdlər, o cümlədən keyfiyyətli tədrisin təminatına xidmət edən ayrı-ayrı struktur bölmələr haqqında məlumat veriblər. 

Hər iki orta məktəbin rəhbərliyi vaxt ayırıb onların şagirdləri ilə görüşə gəldiklərinə görə qonaqlara təşəkkür ediblər və bu görüşlərin şagirdlərdə təhsilə marağı daha da artırcağını və onlarda ruh yüksəkliyi yaradacağını bildiriblər. 


Paylaş