Aprelin 10-da Azərbaycan Dövlət Neft və Sənayə UniversitetininAzİİ e-Kitab Evində “Реология неньютоновских нефтей” monoqrafiyasının təqdimatı olub. Q.İ. Kəlbəliyev, D.B. Tağıyev, S.R.Rəsulovun həmmüəllifliyi ilə ərsəyə gələn kitab “Maska” nəşriyyatında çap olunub. Monoqrafiya hidrodinamika, qeyri-nyuton neftlərinin, mayelərinin geologiyası ilə məşğul olan mütəxəssislər və eləcə də bu sahədə təhsil alan doktorantlar, magistrantlar və ümumilikdə tələbələr üçün çox əhəmiyətli bir vəsaitdir. Rus dilində işıq üzü görən kitab yüksək keyfiyyətə və nəfis tərtibata malikdir.
Təqdimatda Azİİ-e Kitab Evinin direktoru Səlahət Mahmudova kitab haqqında məlumat verdikdən sonra iştirakçıların çıxışları dinlənilib. İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin professoru Qəhrəman Həsənov, Qaz-neft-mədən fakültəsin dekanı Elman İskəndərov, fakültənin professor-müəllim heyəti, məsləhətçi-professoru Qafar İsmayılov, kafedra müdirləri, müəllif Sakit Rəsulov, Şahin İsmayilov, Hüseyn Qurbanov, Arif Ələkbərov çıxış edərək monoqrafiyanın ərsəyə gəlməsindən, əhəmiyyətindən danışıblar və oxucular üçün dəyərli vəsait olduğunu bildiriblər.