Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Belarusiya Respublikasının Poloçkiy Dövlət Universitetinin nümayəndələri ilə onlayn görüş keçirilib.
Görüşdə ADNSU-nun Qaz-neft mədən fakültəsinin “Neftin, qazın nəqli və saxlanması” kafedrasının professor-müəllim heyəti və Belarusiya Respublikasının Poloçkiy Dövlət Universitetinin rəhbərliyi iştirak ediblər.
Görüşdə əsasən tələbə və müəllim mübadiləsi, doktornatlarla iş, birgə tədris və digər müştərək əməkdaşlıq imkanları müzakirə olunub, birgə yeni layihələrin əhəmiyyətindən danışılıb.